Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası Avropa kubokunda bürünc medal qazanıb.
Trend xəbər verir ki, 3 lent və 2 topla çıxışda fəxri kürsüdə yer alıb.
Ləman Əlimuradova, Zeynəb Hümmətova, Kamilla Əliyeva, Darya Sorokina, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət heyət uğurlu çıxış edərək, 29,950 bal toplayıb. Yığmamız Bolqarıstan (33,900) və İtaliyadan 33,700 geri qalıb.
Komandamız 5 halqa ilə çıxışda mükafatçılar sırasına düşə biməyib. 36,950 bal toplayan yığmamız Avropa kubokunu 4-cü pillədə başa vurub. İsrail (38,950) qızıl, İtaliya (38,050) gümüş, Bolqarıstan (37,750) bürünc medal qazanıb.
Qeyd edək ki, qrup hərəkətləri komandası çoxnövçülükdə də bürüncə sahib çıxıb.
“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək.
“Finaldan gözləntilərim ancaq qələbədir”.
Macarıstanın Eqer şəhərində gənc boksçular arasında beynəlxalq turnirdə yarımfinal mərhələsinə yekun vurulub. Finala gedən yolda Azərbaycan millisinin iki idmançısı da mübarizə aparıb.